Bakı. Trend:
Rusiyanın Perm Politexnik Universitetinin alimləri məşhur Çin istehsalı hibrid avtomobildə apardıqları ölçmələr zamanı salondakı elektromaqnit şüalanma səviyyəsinin mövcud normaları 8 dəfə keçdiyini müəyyən ediblər.
Trend-in məlumatına görə, daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə, hibridlərdə elektrik mühərriki, litium-ion batareya və çeviricilər demək olar ki, daim yüksək gərginlikli elektromaqnit sahələri yaradır.
Tədqiqat nəticələrinə əsasən, ən yüksək göstəricilər sürətlənmə zamanı qeydə alınıb — məqbul 25–40 V/m əvəzinə 200 V/m. Əyləc zamanı bu rəqəm 50–100 V/m olub, avtomobil hərəkətsiz olduqda isə göstəricilər norma həddinə qayıdıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür yüksək elektromaqnit şüalanmaya uzunmüddətli məruz qalma kumulyativ təsir göstərə və nevroloji pozğunluqlar, depressiya, hətta xərçəng riskini artıra bilər.