...

Böyük Britaniyadakı erkən orta əsrlərə aid qəbiristanlıqlarda Qərbi Afrika izi tapılıb

Dünya xəbərləri Materials 13 Avqust 2025 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın cənub sahilində tapılan VII əsrə aid skeletlərdə Qərbi Afrika mənşəyi aşkar edilib.

Trend “Independent”ə istinadla xəbər verir ki, Kent bölgəsindəki Updovn və Dorset bölgələrindəki “Worth Matravers” qəbiristanlıqlarında dəfn olunmuş insanların qalıqlarından götürülən DNT nümunələri onların Qərbi Afrika mənşəli olduğunu ortaya çıxarıb.

Bu tapıntılar erkən orta əsrlərdə Avropaya miqrasiya prosesləri ilə bağlı yeni suallar doğurub. Arxeoloqlar həmin dövrdə materikdən, əsasən, Şimali Avropadan İngiltərəyə əhəmiyyətli köçlərin baş verdiyini sənədləşdiriblər. Tarixi mənbələrdə anglların, saksanların və yutların məskunlaşması təsvir olunur. Lakin daha uzaq bölgələrdən miqrasiyanın miqyası indiyədək aydın deyildi.

Araşdırmanın nəticələri “Antiquity” jurnalında dərc edilən iki elmi məqalədə təqdim olunub. Bildirilib ki, dəfn edilmiş iki fərdin DNT-si bugünkü Saharaaltı Qərbi Afrika xalqları ilə genetik oxşarlığı göstərir.

Alimlərin fikrincə, bu nəticələr erkən orta əsrlərdə insanların hərəkət marşrutlarının və əlaqələrinin əvvəllər düşünüləndən daha geniş olduğunu göstərir.

Xəbər lenti

Xəbər lenti