Bakı. Trend:
Almaniya ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən iyulun 14-də işə salınan yeni PURL (Prioritised Ukraine Requirements List) mexanizmi vasitəsilə Ukraynaya dəstək paketinin maliyyələşdirilməsində iştirak edəcək.
Trend-in məlumatına görə, bu barədə Almaniya Müdafiə Nazirliyi və Almaniya Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilib.
Mexanizmə əsasən, NATO müttəfiqləri Amerikanın ehtiyatlarından Ukrayna üçün silah alırlar.
"Almaniya digər müttəfiqləri ilə birlikdə PURL mexanizmi çərçivəsində [Ukrayna üçün] ümumilikdə 500 milyon dollara qədər ilk hərtərəfli dəstək paketlərindən birini maliyyələşdirməyə hazırdır", - deyə bəyanatda bildirilib.
Bildirilib ki, dəstək paketlərinə ya Avropa sənayesi tərəfindən istehsal olunmayan, ya da Avropalı tərəfdaşlar və ya Kanadadan daha tez ABŞ tərəfindən təmin oluna bilən hərbi texnika daxildir.