Bakı. Trend:
Cənubi Koreya hökuməti nüvə sualtı qayığının tikintisi üçün Filadelfiyadakı ABŞ gəmiqayırma zavodunun xidmətlərindən istifadə edəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat verib.
“Cənubi Koreya burada, köhnə, yaxşı Amerika Birləşmiş Ştatlarında – Filadelfiya gəmiqayırma zavodlarında nüvə sualtı qayığı inşa edəcək”, – deyə Tramp qeyd edib.
ABŞ lideri, həmçinin ölkədə gəmiqayırma fəaliyyətinin yaxın vaxtlarda yenidən canlanacağını vurğulayıb.
