...

Pentaqon rəhbəri demilitarizasiya zonasına ilk dəfə səfər edəcək

Dünya xəbərləri Materials 31 Oktyabr 2025 15:00 (UTC +04:00)
Pentaqon rəhbəri demilitarizasiya zonasına ilk dəfə səfər edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Pit Heqset gələn həftə ilk dəfə olaraq KXDR və Cənubi Koreya arasında yerləşən demilitarizasiya zonasını ziyarət edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri özü elan edib.

Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin müdafiə nazirlərinin Kuala-Lumpurda keçirilən iclasından sonra təşkil olunan mətbuat konfransında çıxış edən nazir, gələn həftəyə planlaşdırılan demilitarizasiya olunmuş zonaya səfərini şərh edib:

“ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, o, dövlət başçıları səviyyəsində danışıqlar aparmağa açıqdır . Aydındır ki, bizim Cənubi Koreya ilə ittifaqımız uzun illərdir mövcuddur və mən səbirsizliklə həmin (demilitarizasiya olunmuş zonaya) ilk səfərimi gözləyirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti