Bakı. Trend:
İsraildə nadir və eksklüziv avtomobil olan “Ferrari Daytona SP3” satılıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Ferrari Daytona SP3” fantastik qiymətə – 18 milyon şekelə (təxminən 9 milyon 400 min manat-red.) satılıb.
Bununla da İsraildə avtomobil satışları üzrə yeni rekord qeydə alınıb.
Qeyd edilir ki, bu məbləğin təxminən yarısı vergilər şəklində dövlət büdcəsinə yönəldiləcək.
 
                                     
                            