...

Trinidad və Tobaqonun silahlı qüvvələri hazırlıq vəziyyətinə vəziyyətinə gətirilib

Dünya xəbərləri Materials 1 Noyabr 2025 04:18 (UTC +04:00)

Bakı. Trend:

Venesuela yaxınlığında yerləşən ada dövləti olan Trinidad və Tobaqonun müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Trend-in məlumatına görə, bu barədə yerli "Daily Trinidad Express" qəzeti xəbər verib.

Məlumata əsasən, sahil Mühafizəsi şəxsi heyəti və zabitlərinə hərbi bazalara getmək əmri verilib.

Qəzet hərbi qulluqçulara ünvanlanmış xidməti məktubunun mətninə istinad edərək qeyd edib ki, bu, təlimlərlə bağlı deyil. Həmçinin hərbi qulluqçulara "mümkün karantinə hazırlaşmaq" tövsiyə olunub.

Yüksək vəzifəli mənbələr nəşrə bildiriblər ki, bu "ehtiyat tədbiri müdafiə qüvvələrini potensial regional və ya milli təhdidlərə cavab vermək üçün hazır vəziyyətə gətirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti