Bakı. Trend:
NATO-nun Latviyada yerləşən çoxmillətli briqadası noyabrın 2-dən 10-dək “Qətiyyətli döyüşçü” adlı hərbi təlimin aktiv mərhələsini keçirəcək.
Trend xəbər verir ki, bu barədə Latviyanın LSM portalı məlumat yayıb.
Bildirilib ki, təlimlər paytaxt Riqada, onun ətraflarında, eləcə də Vidzeme, Zemqale və Latqale bölgələrində təşkil olunur. Məqsəd briqada bölmələrinin Latviya ərazisində və ölkədən kənarda müdafiə missiyalarını icraetmə qabiliyyətini artırmaqdır.
