...

Nyu-Yorkda iki sərnişin təyyarəsi toqquşub

Dünya xəbərləri Materials 1 Noyabr 2025 20:36 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Nyu-York şəhərində yerləşən LaGuardia hava limanında “United Airlines” aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi uçuş-enmə zolağında toqquşub.

Trend xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Sərnişinlərdən birinin sözlərinə görə, təyyarə hərəkət etdiyi zaman sərnişinlər yüngül sarsıntı hiss ediblər, lakin kapitan hadisəni elan edənədək bunun başqa təyyarə ilə toqquşma olduğunu bilməyiblər.

Hadisədən sonra hər iki təyyarə terminala qayıdıb. 328 sərnişin və 15 ekipaj üzvü arasında xəsarət alan olmayıb. Hazırda mütəxəssislər təyyarələrdən birinə dəyən ziyanı qiymətləndirir və mümkün texniki nasazlıqları araşdırırlar.

Xəbər lenti

Xəbər lenti