...

Britaniyalı rejissor Piter Uotkins vəfat edib

Dünya xəbərləri Materials 2 Noyabr 2025 03:31 (UTC +04:00)
Britaniyalı rejissor Piter Uotkins vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur britaniyalı rejissor və Oskar mükafatı laureatı Piter Uotkins 91 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Bildirilir ki, rejissor 30 oktyabrda son 25 ilini yaşadığı Fransanın Burqenuf kommunasındakı xəstəxanada vəfat edib.

Uotkins 1967-ci ildə Böyük Britaniyaya nüvə hücumu mövzusunda çəkdiyi “Müharibə Oyunu” sənədli filmi ilə “Oskar” mükafatına layiq görülüb. Daha sonra BBC ilə fikir ayrılığı yaşayan rejissor karyerasını xaricdə davam etdirməyə məcbur olub.

Piter Uotkins 1935-ci ildə İngiltərənin Norbiton şəhərində anadan olub, orduda xidmət etdikdən sonra Kral Dram Sənəti Akademiyasında təhsil alıb. O, yaradıcılığı ərzində 17 filmin rejissoru olub.

Xəbər lenti

Xəbər lenti