...

Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 Noyabr 2025 01:08 (UTC +04:00)
Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Əfqanıstanın şimalındakı Samanqan vilayətində 6,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnostik Monitorinq Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla təxminən saat 01:29-da qeydə alınıb. Qeyd olunub ki, episentrdə 30 km dərinlikdə baş verən təkanların gücü 7 bal olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti