...

Əfqanıstanda zəlzələ: ölənlərin sayı 20-yə çatıb

Dünya xəbərləri Materials 3 Noyabr 2025 10:35 (UTC +04:00)
Əfqanıstanda zəlzələ: ölənlərin sayı 20-yə çatıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, zərərçəkən sayının 320 nəfər təşkil etdiyi bildirilir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,3 maqnitudalı zəlzələnin episentri Əfqanıstada yerləşən Hindquş dağlarında, 523 minə yaxın insanın yaşadığı Məzari-Şərif şəhərində 37 kilometr şimal-qərbdə qeydə alınıb, yeraltı ocağı isə 10 km dərinlikdə olub.

xxx

05:26

Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ən azı dörd nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

"Çoxlu sayda yarananlar var, əldə olunan məlumata əsasən, hazırda dörd nəfər həlak olub", - deyə Bəlx əyalətinin qubernatoru Hacı Zayedin nümayəndəsi bildirib. Onun sözlərinə görə, fəlakət Məzari-Şərifdəki Göy Məscidə də ziyan vurub.

ABŞ Geoloji Xidməti bildirib ki, ölənlərin sayının arta bilər. Zəlzələ Tacikistan, Özbəkistan və Türkmənistanın bəzi yerlərində hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti