Bakı. Trend:
İkinci dünya müharibəsində nasistlər tərəfindən öldürülmüş 6 milyondan artıq yəhudidən təxminən 5 milyonunun şəxsiyyəti təsbit edilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İsrailin Yad Vashem İnstitutunun məlumatına görə, hələlik isə təxminən 1 milyon yəhudi qurbanın adı bilinmir.
Bildirilib ki, süni intellekt texnologiyalardan istifadə etməklə yüz milyonlarla sənədi avtomatik şəkildə analiz edilərək növbəti mərhələdə təxminən 250 min yeni adın aşkar edilməsi planlaşdırılır.
Qeyd olunur ki, institut bir neçə il əvvəl bu sahədə öz AI proqramını hazırlayıb.