...

Belçikanın hərbi hava bazasında daha 4 dron aşkarlanıb

Dünya xəbərləri Materials 3 Noyabr 2025 19:18 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 1-i 3 dronun aşkarlandığı Kleine Brogel Hərbi Hava Bazasında bu gün axşam saatlarında daha 4 dronun müşahidə olunduğu bildirilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bazanın yerləşdiyi Peer bələdiyyəsinin sədri Steven Mathey məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, dronlar aşkar edildikdən sonra federal polisin helikopteri onları izləmək üçün havaya qalxıb və dronlar Niderland istiqamətində gözdən itib.

Ölkənin müdafiə naziri Theo Franken dronların aşkar edilməsi və məhv edilməsi üçün 50 milyon avro vəsaitin ayrılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti