...

Peru Meksika ilə diplomatik münasibətləri kəsib

Dünya xəbərləri Materials 4 Noyabr 2025 05:57 (UTC +04:00)
Peru Meksika ilə diplomatik münasibətləri kəsib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Peru hökuməti çevriliş təşkil etməkdə ittiham olunan keçmiş baş nazir Betsi Çavesin Limadakı Meksika səfirliyinə sığınması səbəbindən bu ölkə ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə Perunun xarici işlər naziri Huqo de Sela məlumat verib.

Nazirin sözlərinə görə, “keçmiş prezident Pedro Kastilonun dövlət çevrilişinə cəhddə əli olduğu iddia edilən keçmiş baş nazir Betsi Çavesin Meksikanın Perudakı səfirinin iqamətgahına sığınması hökumət üçün həm təəccüblü, həm də dərin narahatlıq doğuran hadisə olub”.

Hugo de Sela bildirib ki, bu addım Meksika tərəfindən qeyri-dost hərəkət kimi qiymətləndirilir və həm indiki, həm də keçmiş Meksika prezidentlərinin Perunun daxili işlərinə davamlı şəkildə qarışması ilə birlikdə iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti