...

Belçikada Trampın soyadını daşıyan partiya yaradılıb

Dünya xəbərləri Materials 11 Noyabr 2025 12:36 (UTC +04:00)
Belçikada Trampın soyadını daşıyan partiya yaradılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçikada ABŞ-nin Prezidenti Donald Trampın soyadını daşıyan sağçı siyasi partiya təsis olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, TRUMP abreviaturası (Tous Réunis pour l'Union des Mouvements Populistes) – fransız dilindən tərcümədə yəni Populist Hərəkatların İttifaqı naminə Birlik anlamına gəlir.

“Donald Tramp mütləq populizm simvoludur. O bizim uğrunda çıxış etdiyimiz bütün dəyərləri özündə təcəssüm etdirir”,- partiyanın təsisçisi Salvatore Nikotra bildirib.

O, TRUMP-ın sosialyönümlü sağçı-populist partiya olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti