...

Türk Dövlətləri Təşkilatı Türkiyəyə C-130 təyyarəsi qəzası ilə bağlı başsağlığı verib

Dünya xəbərləri Materials 11 Noyabr 2025 21:44 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı Türkiyəyə C-130 təyyarəsi qəzası ilə bağlı başsağlığı verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Ankaraya başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə təşkilatın “X” hesabındakı paylaşımında qeyd olunub.

Paylaşımda bildirilir: “Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədər hissi ilə öyrəndik.

Axtarış-xilasetmə işləri davam edir və xilas edilənlərlə bağlı xəbəri səbirsizliklə gözləyirik.

Bu faciəli qəzada şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və qardaş türk xalqına başsağlığı veririk.”

Xəbər lenti

Xəbər lenti