...

Argentinada sərnişin qatarının relsdən çıxması nəticəsində 19 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 12 Noyabr 2025 04:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentinanın paytaxtı Buenos Ayresdə sərnişin qatarının relsdən çıxması hadisəsi baş verib və nəticədə ən azı 19 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Buenos Ayres Təcili Tibbi Yardım Sisteminin rəhbəri Alberto Kresenti məlumat verib.

Onun sözlərinə görə, doqquz nəfər xəstəxanalara yerləşdirilib, on nəfərə isə yerində tibbi yardım göstərilib. Heç bir zərərçəkənin vəziyyəti ciddi deyil.

"Trenes Argentinos" şirkətinin məlumatına görə, qatar Linyers rayonunda relsdən çıxıb və hadisə səbəbindən həmin marşrutda hərəkət məhdudlaşdırılıb. Şirkət hadisənin səbəblərinin rels təmizləndikdən və müvafiq müayinələr başa çatdıqdan sonra müəyyən ediləcəyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti