...

RSV qrip və COVID-19 qədər təhlükəli ola bilər

Dünya xəbərləri Materials 12 Noyabr 2025 08:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İnsan tənəffüs sinsitial virusu (RSV) qrip və COVID-19 qədər ciddi ola bilər.

Trend-in Sinqapur Baş Xəstəxanasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu nəticəyə Sinqapurlu alimlər gəliblər.

Tədqiqatçılar xəstəliyin şiddətini, ürək ağırlaşmaları riskini və infeksiyanın uzunmüddətli nəticələrini qiymətləndirən üç tədqiqat aparıblar. Müəlliflərdən biri İan Vi bildirib ki, RSV-yə yoluxanların 5-10%-i qripəbənzər simptomlar yaşayır.

Alimlərin hesablamalarına görə, RSV-dən ölüm nisbəti təxminən 5% təşkil edir. Bu, hər 20 xəstədən birinin infeksiya nəticəsində həyatını itirə biləcəyi deməkdir. Beləliklə, RSV-nin ölüm göstəricisi qripdən yüksək, xəstəliyin şiddəti isə COVID-19 ilə müqayisə edilə bilər.

Xəbər lenti

Xəbər lenti