...

Türkiyə Müdafiə Nazirliyi təyyarə qəzasının araşdırılması ilə bağlı bəyanat yayıb

Dünya xəbərləri Materials 12 Noyabr 2025 09:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Gürcüstan sərhədində hərbi yük təyyarəsinin qəzası ilə bağlı araşdırmaya Gürcüstanla birlikdə əlaqələndirilmiş şəkildə başlanılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

“Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qəza yerində saat 06:30-dan etibarən axtarış-xilasetmə və qəza araşdırma qrupunun Gürcüstandan olan rəsmiləri ilə əlaqələndirilmiş şəkildə araşdırmalara başlanılıb”,- deyə bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti