...

Türkiyənin qəzaya uğramış hərbi təyyarəsinin "qara qutusu" tapılıb

Dünya xəbərləri Materials 12 Noyabr 2025 14:26 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış Türk Silahlı Qüvvələrinə aid "C130" hərbi yük təyyarəsinin "qara qutusu" aşkarlanıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Gürcüstan rəsmiləri "qara qutu"nun çıxarılması ilə texniki araşdırma prosesinin sürətlənəcəyini qeyd edib.

Məlumata görə, "qara qutu"dan bütün məlumatların toplanmasından sonra yekun hesabatın Türkiyə, Gürcüstan və Azərbaycan tərəfindən birgə açıqlanacaq.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti