Bakı. Trend:
Almaniya Ukrayna hökumətini ölkədə korrupsiya ilə mübarizəni gücləndirməyə çağırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful açıqlama verib.
“Ukraynanın korrupsiyaya qarşı qətiyyətli mübarizə aparması vacibdir ki, Qərbin də ölkəyə olan dəstəyi inandırıcı qalsın … Biz Ukraynanı və müstəqil hakimiyyətləri bu təşəbbüsdə dəstəkləyirik”, - deyə Vadeful bildirib.
Qeyd edək ki, 10 noyabr tarixində Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) enerji sahəsində korrupsiya ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat keçirildiyini açıqlayıb. Qurumun məlumatına görə, istintaq il yarım davam edib və büro əməkdaşları təxminən minə yaxın audioyazı toplayıblar.
