...

Bu ölkədə elektrik avtomobillərinə tətbiq olunan güzəştlər ləğv edilir

Dünya xəbərləri Materials 13 Noyabr 2025 20:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonda elektrik avtomobillərinə tətbiq olunan güzəştlər ləğv edilir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə London meri Sadıq Xan bildirib.

O, elektrik nəqliyyat vasitələri üçün mövcud güzəştləri ləğv edərək yeni mərhələli tarif sisteminə keçid edəcəyini açıqlayıb.

"Elektrik avtomobili sahibləri paytaxtda hər gün sürmək üçün 13,50 funt sterlinq, elektrik furqon və yük maşınları isə 9 funt sterlinq ödəməli olacaqlar. Bununla yanaşı, elektrik olmayan avtomobillər üçün tıxac rüsumu 2026-cı il yanvarın 2-dən etibarən 18 funt olacaq", - mer əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti