...

Türkiyənin yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb, bir nəfər ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 13 Noyabr 2025 22:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi xəbər verib.

Bildirilib ki, yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza nəticəsində təyyarə pilotu həlak olub.

22:32

xxx

Türkiyənin yanğınsöndürmə təyyarəsi ilə radio əlaqəsi kəsilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi xəbər verib.

Bildirilib ki, Nazirliyin Təsərrüfatı Baş İdarəsinə məxsus iki "AT8022 yanğınsöndürmə təyyarəsinin texniki baxış üçün Xorvatiyaya uçub.

Nazirlik qeyd edib ki, iki təyyarə planlaşdırılan texniki baxış çərçivəsində Çanaqqaladan Xorvatiyanın Zaqreb şəhərinə yola düşüb, lakin əlverişsiz hava şəraiti səbəbindən gecəni Reyka Hava Limana düşüb.

"Təyyarə bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb. Təyyarələrimizdən biri geri dönüş zamanı Reyka Hava Limanına eniş edib, digər təyyarə ilə radio əlaqəsi Türkiyə vaxtı ilə saat 18:25-də kəsilib", - deyə nazirlik bildirib.

Nazirlik təyyarəni və növbətçi pilotu tapmaq üçün Xorvatiya hakimiyyəti ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlandığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti