...

ABŞ dörd Avropa qurumlarını terrorçu siyahısına əlavə edib

Dünya xəbərləri Materials 14 Noyabr 2025 01:40 (UTC +04:00)

Bakı. Trend:

Vaşinqton administrasiyası "Antifa" antifaşist hərəkatı ilə əlaqəli dörd Avropa birliyini beynəlxalq terror təşkilatları siyahısına əlavə edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun yazılı açıqlamasında bildirilib.

Bildirilib ki, bu qurumlara qarşı sanksiyalar tətbiq edilib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti yuxarıda qeyd olunan siyahıya "Almaniyada yerləşən "Antifa Ost" və İtaliya və Yunanıstandakı "Antifa" ilə əlaqəli digər üç zorakı qrup"u daxil etmək qərarına gəlib. M.Rubio qeyd edib ki, Amerika tərəfi onları beynəlxalq terrorizmlə mübarizə ilə bağlı sanksiyalar siyahısına da əlavə edəcək.

Xəbər lenti

Xəbər lenti