...

Son 50 ildə Ebola virusu Afrikada 15 min nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 1 Dekabr 2025 20:16 (UTC +04:00)

Bakı. Trend:

Son 50 ildə Ebola virusu Afrikada 15 min nəfərin həyatına son qoyub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, avqustun sonlarından bəri Konqo Demokratik Respublikasının mərkəzi hissəsində azı 34 nəfərin həyatına son qoymuş Ebola epidemiyasının qarşısı alınıb. Bu barədə 100 milyondan çox əhalisi olan ölkənin hakimiyyəti bazar ertəsi rəsmi bəyanat verib.

“Konqo Demokratik Respublikasında Ebola epidemiyası faktiki olaraq başa çatıb”, – deyə Milli İctimai Səhiyyə İnstitutunun direktoru doktor Dyedonne Mvamba Kazadi “AFP” agentliyinə, Ümumdünya Səhiyyə Təşkilatının və Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin nümayəndələrinin də iştirak etdiyi Kinşasadakı rəsmi mərasimdən əvvəl bildirib.

Kazadi əlavə edib ki, Ebola nəticəsində ölənlərin ümumi sayı 45-ə çatıb.

Nəqliyyat infrastrukturu məhdud və çox vaxt pis vəziyyətdə olan ölkədə peyvənd kampaniyaları çətinliklə həyata keçirilir. Vaksinlər üzrə Beynəlxalq Koordinasiya Qrupu dünyanın ən kasıb ölkələrindən biri olan Konqo Demokratik Respublikasına əlavə 45 min doza peyvənd göndərilməsini təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti