Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Ukraynadakı sülh danışıqlarının iştirakçılarını öz maraqları barədə məlumatlandıracaq.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Paula Pinyu deyib.
"Həftə ərzində Ukrayna ilə bağlı sülh danışıqları ilə bağlı müxtəlif səviyyələrdə bir neçə müzakirə aparılıb", - deyə mətbuat katibi brifinq zamanı deyib.
O, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığını xatırladıb. P.Pinyu bildirib ki, onlar "digər məsələlərlə yanaşı, davam edən sülh danışıqlarının növbəti mərhələlərini və Avropa İttifaqı ilə birbaşa əlaqəli aspektləri müzakirə etdilər".