Bakı. Trend:
Bitkoinin qiyməti ticarət zamanı yenidən yüksələrək 91 min dollardan yuxarı qalxıb.
Trend xəbər verir ki, Binance platformasının məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 21:30-da bitkoin 8,04% bahalaşaraq 91 744 dollara çatıb. Daha sonra artım bir qədər zəifləyib və qiymət 91 511 dollara (7,41% artım) enib.
Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan Ethereum-un (ETH) qiyməti də əhəmiyyətli artım göstərib. ETH 9,59% bahalaşaraq 3 017 dollar səviyyəsinə yüksəlib.
