Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) yeni sədri vəzifəsinə namizədin 2026-cı ilin əvvəlində elan olunacağını bildirib.
Trend xəbər verir ki, Tramp bu barədə bu gün Ağ Evdə keçirdiyi iclasda danışıb. Prezident çıxışı zamanı hazırkı FES rəhbəri Cerom Pauellin fəaliyyətindən narazı olduğunu da vurğulayıb.
“Bizdə qatır kimi inadkar bir adam var və yəqin ki, o, sizin sevimli prezidentinizi sevmir. Amma o, tezliklə gedəcək. Yəqin ki, gələn ilin əvvəlində yeni Fed sədrini elan edəcəyik”, – deyə Tramp bildirib.
