Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü başa çatıb.
Trend xəbər verir ki, görüş beş saatdan çox davam edib.
Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndə, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev iştirak edib.
Amerika tərəfdən isə sahibkar, investor və "Affinity Partners" şirkətinin təsisçisi Cared Kuşner görüşdə təmsil olunub.
