...

Britaniya Rusiya ordu qərargahının baş idarəsinə sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 4 Dekabr 2025 16:59 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Rusiyanın Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinə qarşı məhdudiyyətlər tətbiq edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin bəyanatında bildirilib.

“Bu gün elan olunan radikal tədbirlər rus hərbi kəşfiyyat idarəsinə bütövlükdə sanksiyaların tətbiqini əhatə edir”, — deyə bəyanatda qeyd olunub.

Məhdudlaşdırıcı ölçülər həmçinin Ukraynada və bütün Avropa üzrə düşmənçilik fəaliyyətlərinin təşkilində ittiham olunan idarə zabitlərinə qarşı da tətbiq olunub.

Bundan əlavə, “düşməncəsinə kiber-fəaliyyət”ə görə daha səkkiz Rusiya vətəndaşı da siyahıya daxil edilib.

Qeyd edək ki, noyabr ayında rəsmi London Rusiyaya qarşı sanksiyaları genişləndirərək üç şirkəti və dörd fiziki şəxsi “qara siyahıya” daxil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti