Bakı. Trend:
Budapeşt Avropa İttifaqının köçürülmə prosesində iştirakçı ölkələr arasında miqrantların bölgüsünü nəzərdə tutan miqrasiya paktını rədd edir və onun müddəalarını məhkəmədə mübahisələndirəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş nazir Viktor Orbanın Aparat rəhbəri Qerqey Quyyaş bəyan edib.
Quyyaş vurğulayıb ki, ümummilli referendumda artıq böyük səs çoxluğu ilə miqrantların köçürülməsi təklifi xalq tərəfindən rədd edilib. O bildirib ki, miqrasiya məsələləri ilə bağlı qərarları yalnız macar xalqı qəbul edə bilər.
Baş nazirin Aparat rəhbəri həmçinin qeyd edib ki, Budapeşt paktın əleyhinə çıxmaq və onun müddəalarını qüvvəyə minəcəyi təqdirdə Avropa İttifaqı Məhkəməsində mübahisələndirmək niyyətindədir.
