...

Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək

Dünya xəbərləri Materials 10 Dekabr 2025 21:00 (UTC +04:00)
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Krallığın “Vertical Aerospace” şirkəti 2029-cu ilin əvvəlindən etibarən Böyük Britaniyada ilk uçan taksilərini istifadəyə verəcəyini elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, uçan taksilər paytaxt Londonun biznes rayonu sayılan Kanari Uorf və ən böyük nəqliyyat qovşaqları arasında təyin olunacaq marşrutlar üzrə hərəkət edəcək.

Müştərilər hava ilə Kanari Uorfdan Hitrou və Qetuik hava limanlarına, eləcə də Kembric və Oksford şəhərlərinə uça biləcəklər.

Aerotaksi xidmətlərində dörd sərnişinlik yeri olan “Valo” elektrik helikopterlərindən istifadə olunacaq. Sözügedən hava nəqliyyat vasitəsi bir doluma 240 km/saat surətlə 160 km-ə qədər məsafə qət edə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti