Bakı. Trend:
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasına və onun maliyyələşdirilməsinə yönləndirilməsini istəyir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Aİ hal-hazırda Rusiya aktivlərinin müddətsiz şəkildə dondurulması və onların növbəti iki il ərzində kredit maliyyələşməsi şəklində Ukraynaya ötürülməsi istiqamətində iş aparır.
Bu plana əsasən, Rusiya yalnız o halda müsadirə olunmuş aktivlərini geri qaytara biləcək ki, Ukraynanın postmüharibə dövründəki bərpa prosesi üçün ödənişlər etmiş olsun.
Onun sözlərinə görə, dondurulmuş Rusiya aktivlərindən istifadəyə dair qərarın gələn həftə Avropa İttifaqı Şurasında qəbul edilməsi planlaşdırılır.
