...

Tramp marixuananın istifadəsinə dair məhdudiyyətləri yumşaldıb

Dünya xəbərləri Materials 19 Dekabr 2025 05:31 (UTC +04:00)
Tramp marixuananın istifadəsinə dair məhdudiyyətləri yumşaldıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ-də federal səviyyədə marixuananın istifadəsinə dair mövcud məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutan fərman imzalayıb.

Trend xəbər verir ki, bu barədə Tramp fərmanı imzalamazdan əvvəl Ağ Evin Oval kabinetində açıqlama verib.

ABŞ prezidenti bildirib ki, sənəd marixuananın tibbi məqsədlər üçün istifadəsinin əsaslı hesab edildiyi tənzimlənən maddələrin birinci kateqoriyasından üçüncü kateqoriyasına keçirilməsini nəzərdə tutur.

Donald Tramp vurğulayıb ki, bu addım marixuananın hər hansı formada leqallaşdırılması anlamına gəlmir və onun istirahət məqsədli narkotik vasitə kimi istifadəsinə icazə vermir.

Qeyd olunur ki, üçüncü kateqoriyaya birinci və ikinci kateqoriyaya daxil olan maddələrlə müqayisədə daha az fiziki və ya psixoloji asılılıq yarada bilən preparatlar daxildir.

Xəbər lenti

Xəbər lenti