...

Tramp 2026-cı il üçün rekord 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb

Dünya xəbərləri Materials 19 Dekabr 2025 05:45 (UTC +04:00)
Tramp 2026-cı il üçün rekord 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün rekord məbləğdə — 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilib.

Prezident bəyan edib: “Bu qanun Müharibə Departamentinə mənim 'Güclə Sülh' siyasətimi həyata keçirməyə, vətəni daxili və xarici təhdidlərdən müdafiə etməyə və müdafiə sənayesi bazasını gücləndirməyə imkan verəcək”.

Təxminən 3 min səhifəlik qanun layihəsi hərbi qulluqçuların maaşının 4 faiz artırılmasını, Pentaqonun sürətləndirilmiş silah tədarükünü, “Qızıl Qübbə” raketdən müdafiə sisteminin qurulmasını və döyüş hazırlığının təkmilləşdirilməsini əhatə edir. Bundan başqa, ABŞ 2026 və 2027-ci illərdə Ukraynaya 400 milyon dollar dəstək göstərəcək.

Xəbər lenti

Xəbər lenti