Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri dəniz platformalı zərbə kamikadze pilotsuz uçuş aparatı olan “Lukas”ı rəsmi olaraq istifadəyə verib.
Trend bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi saytına istinadən xəbər verir.
Vitse-admiral Kurt Renşou bildirib ki, “Lukas”ın hərbi gəmidən ilk uğurlu buraxılışı hərbçilərə əlçatan və effektiv pilotsuz vasitələrin operativ şəkildə təqdim olunmasında mühüm mərhələdir.
Məlumata görə, dronun buraxılışı “USS Santa Barbara” döyüş gəmisindən həyata keçirilib.
