Bakı. Trend:
Almaniya ordusu Finlandiyanın “Patria” müdafiə şirkəti ilə dəyəri 2 milyard avro olan müqavilə bağlayıb.
Trend xəbər verir ki, bu barədə “Patria” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə əsasən, Almaniya Silahlı Qüvvələri üçün 876 ədəd “Patria 6x6” tipli zirehli avtomobil alınacaq. Texnikanın ilk partiyasının 2027-ci ildə təhvil verilməsi planlaşdırılır.
Bildirilir ki, istehsal prosesində Norveç, Almaniya və Fransa şirkətləri də iştirak edəcək.
