...

ABŞ-də hətbi təyyarə qəzaya uğraylb, iki nəfər həlak olub

Dünya xəbərləri Materials 23 Dekabr 2025 06:22 (UTC +04:00)

Bakı. Trend:

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarənin ABŞ-nin Texas ştatında eniş edərkən qəzaya uğraması nəticəsində dörd nəfər sağ qalıb, iki nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Meksika Hərbi Dəniz Qüvvələri Nazirliyi bildirib.

"İndiyə qədər altı nəfərin tapıldığı müəyyən edilib: dördü sağdır, ikisinin öldüyü təsdiqlənib. Qəzaya uğrayan təyyarənin içərisində olan daha iki nəfərin xilas edilməsi üçün səylər davam edir", - deyə nazirlik qeyd edib.

Meksika Hərbi Dəniz Qüvvələrinin məlumatına əsasən, "King Air ANX 1209" təyyarəsi humanitar missiya yerinə yetirirdi və Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş edərkən qəzaya uğrayıb.

Xəbər lenti

Xəbər lenti