...

Venesuela parlamenti naviqasiya və ticarət azadlığını qoruyan qanunu qəbul edib

Dünya xəbərləri Materials 24 Dekabr 2025 05:54 (UTC +04:00)
Venesuela parlamenti naviqasiya və ticarət azadlığını qoruyan qanunu qəbul edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela Milli Assambleyası piratçılıq, blokada və digər qanunsuz beynəlxalq hərəkətlər fonunda naviqasiya və ticarət azadlığını təmin edən qanun layihəsini yekdilliklə təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə parlamentin spikeri Xorxe Rodriges məlumat verib.

Rodriges bildirib ki, qəbul edilən qanun dənizçilik və ticarət azadlığının piratçılıqdan, blokadadan və digər qanunsuz beynəlxalq hərəkətlərdən qorunmasını nəzərdə tutur və parlament üzvlərinin birgə səylərinin nəticəsidir.

Qanun BMT Nizamnaməsinə və 1958-ci il Dəniz Hüququ üzrə Cenevrə Konvensiyasına əsaslanır. Sənəddə piratçılıq beynəlxalq sularda gəmiyə və ya təyyarəyə qarşı törədilən hər hansı qanunsuz zorakılıq, ələ keçirmə və ya quldurluq aktı kimi müəyyən edilir.

Qanunun maddələrindən birinə əsasən, Venesuela ilə ticarət əməliyyatları aparan hüquqi şəxslərə qarşı piratçılıq, blokada və digər beynəlxalq cinayətlərə təhrik, çağırış, yardım, maliyyələşdirmə və ya iştirak edən şəxslər 15 ildən 20 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Xəbər lenti

Xəbər lenti