...

Türkiyədə İŞİD-ə qarşı irimiqyaslı əməliyyat – 115 şübhəli saxlanılıb

Dünya xəbərləri Materials 25 Dekabr 2025 11:26 (UTC +04:00)
Türkiyədə İŞİD-ə qarşı irimiqyaslı əməliyyat – 115 şübhəli saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə İstanbul şəhər polis idarəsinin əməliyyatçıları İŞİD üzvü olmaqda şübhəli bilinən 115 nəfəri saxlayıb.

Trend xəbər verir ki, bu barədə İstanbuş Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, həmin şəxslər Milad və Yeni illə bağlı tədbirlərdə terror aktları törətməyi planlaşdırıblar.

“İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində, “İslam Dövləti” terror təşkilatının ölkəmizdə, xüsusilə qeyri-müsəlmanlara qarşı, Milad və Yeni il bayramları ərəfəsində hücumlar planlaşdırması barədə daxil olan məlumatlar əsasında vilayət üzrə 124 ünvanda eyni vaxtda saxlanılma, axtarış və müsadirə əməliyyatları həyata keçirilib.

Əməliyyatlar nəticəsində tapançalar, döyüş sursatı və təşkilata aid çoxsaylı sənədlər müsadirə edilib. 115 şübhəli saxlanılıb, hələ də ələ keçirilməyən şübhəlilərin tutulması istiqamətində əməliyyatlar davam etdirilir”,-deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti