...

Peruda iki sərnişin qatarı toqquşub

Dünya xəbərləri Materials 31 Dekabr 2025 09:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Peruda qədim İnka şəhəri Maçu-Pikçu istiqamətində hərəkət edən iki sərnişin qatarı toqquşub.

Trend xəbər verir ki, bu barədə "RPP" radiostansiyası məlumat yayıb.

Hadisə nəticəsində əcnəbilər də daxil olmaqla 30-dan çox insan yaralanıb, qatarlardan birinin maşinisti isə həlak olub.

Hazırda polis və dəmir yolu işçiləri sərnişinlərin təxliyəsini həyata keçirir. Sərnişinlərin bir hissəsi dəmir yolunun yaxınlığında baqajları ilə birlikdə təhlükəsiz əraziyə çıxarılıb. Hadisə yerinə üç boş vaqon və tibbi briqadalarla təchiz olunmuş 12 təcili yardım avtomobili göndərilib.

Kusko bölgəsinin qubernatoru qəzanın baş verdiyi əraziyə səfər edib.

Xəbər lenti

Xəbər lenti