...

ABŞ-də yük qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 31 Dekabr 2025 15:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kentukki ştatında yük qatarının 31 vaqonu dekabrın 30-da səhər saatlarında relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə dəmir yolu operatoru “CSX Corporation” məlumat yayıb.

Qəza nəticəsində vaqonlardan birindən ərimiş kükürd sızması baş verib və yanğın yaranıb. Hadisə yerinə dərhal fövqəladə qəza xidməti cəlb olunub.

Kentukki ştatının Todd dairəsinin hakimiyyət orqanları yerli sakinlərə təhlükəsiz məsafəyə təxliyə olunmağı tövsiyə edib. Dairənin Fövqəladə Hallar üzrə İdarəsinin rəhbəri bildirib ki, hazırda əsas prioritet ətraf mühit üçün yarana biləcək risklərin minimuma endirilməsidir.

Xəbər lenti

Xəbər lenti