...

Burkina Faso və Mali ABŞ vətəndaşlarının ölkəyə girişini qadağan edib

Dünya xəbərləri Materials 31 Dekabr 2025 17:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Burkina Faso və Mali hakimiyyəti Vaşinqtonun bu ölkələrin vətəndaşlarına viza verməkdən imtina etmək qərarına cavab olaraq ABŞ vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Trend xəbər verir ki, bu barədə hər iki ölkənin Xarici İşlər nazirlikləri məlumat yayıb.

Burkina Fasonun xarici işlər naziri Jan-Mari Karamoko Traore bildirib ki, qəbul edilən qərar dövlətlər arasında suveren bərabərliyin qorunmasına və diplomatik münasibətlərin əsası olan qarşılıqlı hörmətin yenidən təsdiqlənməsinə yönəlib.

Mali Xarici İşlər Nazirliyi isə açıqlamasında qeyd edib ki, ABŞ administrasiyası Mali ilə heç bir məsləhətləşmə aparmadan birtərəfli qaydada ölkə vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq edib. Bamako Vaşinqtonun bu qərarı ictimai təhlükəsizliklə əlaqələndirməsi iddialarını qətiyyətlə rədd edərək, əsl səbəblərin siyasi xarakter daşıya biləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti