Bakı. Trend:
ABŞ ordusu Sakit Okeanın şərqindəki beynəlxalq sularda narkotik kartelləri tərəfindən istifadə edildiyi iddia edilən üç gəmiyə zərbə endirib.
Trend--in məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı xəbər verib.
Məlumata əsasən, hücum nəticəsində üç nəfər həlak olub.
"Kəşfiyyat xidmdəti gəmilərin Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik maddələrin daşındığını təsdiqləyib", - deyə komandalığın "X" sosial şəbəkəsində bildirilib.