Bakı. Trend:
8 aylıq ardıcıl geriləmədən sonra Çində iqtisadi fəallıq indeksi yüksəlib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb.
Məlumata görə iqtisadi fəallıq indeksi 50,1-ə yüksəlib. Noyabrda göstərici 49,2 idi. Artımın əsas səbəbi xidmət sektorunda baş verən canlanmadır.