...

Fransa hökuməti məktəblərdə mobil telefonu qadağan etmək istəyir

Dünya xəbərləri Materials 1 Yanvar 2026 06:57 (UTC +04:00)
Fransa hökuməti məktəblərdə mobil telefonu qadağan etmək istəyir

Bakı. Trend:

Fransa hökuməti növbəti tədris ilindən etibarən məktəblərdə mobil telefonu qadağan etmək istəyir.

Trend-in məlumatına görə, bu barədə qanun layihəsini Fransa Parlamenti yanvar ayında müzakirə edəcək.

2 maddədən ibarət qanun layihəsi həmçinin, 15 yaşdan aşağı uşaqların sosial şəbəkədən istifadəsini qadağan etməyi də nəzərdə tutur.

Hökumətin yaydığı sənəddə göstərilir ki, uşaqların mobil telefondan ifrat istifadəsinin zərəri müxtəlif tədqiqatlarla sübut edilib.

2018-ci ildə qəbul edilmiş qanun bağça uşaqlarının mobil vasitələrdən istifadəsini qadağan edirdi.

Yeni qanun qəbul ediləcəyi təqdirdə sentyabrın 1-də qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti