Bakı. Trend:
İsveçrədə Kran-Montana kurortunda baş vermiş böyük yanğın nəticəsində 40 nəfərin həyatını itirməsi ilə əlaqədar ölkədə milli matəm elan olunub.
Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, İsveçrə Prezidenti Gi Parmelin bildirib ki, hüzn əlaməti olaraq paytaxt Bern şəhərində dövlət bayraqları matəm dövrü ərzində endiriləcək.
Son məlumatlara əsasən, hadisə nəticəsində 115 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
