Bakı. Trend:
Kolumbiya sularında böyük miqdarda kokain daşıyan gəmi saxlanılıb.
Trend-in məlumatına görə, Kolumbiya Prezidenti Qustavo Petro bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, saxlanılan yükdən istehlakçı ölkələrə təxminən 10 milyon doza kokain göndərilməsi planlaşdırılırdı.
Prezident bildirib ki, Kolumbiyanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində Kartaxena şəhəri yaxınlığında ümumilikdə 4 ton kokain müsadirə olunub.
