...

Çində süni intellekt mütəxəssisləri uğrunda rəqabət kəskinləşib

Dünya xəbərləri Materials 2 Yanvar 2026 07:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt sahəsində liderlik uğrunda qlobal yarışın qızğın mərhələsində Çinin texnoloji şirkətləri istedadlı kadrları cəlb etmək üçün rekord məbləğlər ödəməyə hazırdırlar.

Trend xəbər verir ki, mənbələrin məlumatına görə, “ByteDance” (“TikTok”un sahibi) və “Tencent” aparıcı ekspertləri cəlb etmək məqsədilə maaş və bonus büdcələrini əhəmiyyətli dərəcədə artırıblar.

Bildirilir ki, “ByteDance” əməkdaşlar üçün bonus fondunu ötən illə müqayisədə 35% artırıb və gələcək maaş artımları üçün 150%-lik əlavə büdcə ayırıb. “Tencent” isə rəqib şirkətlərdən yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək üçün onlara mövcud maaşlarından iki dəfə yüksək məbləğ təklif edir.

Xəbər lenti

Xəbər lenti